Modern.az

Azərbaycanda heyvan və quş yemlərinin satışı 4 il ƏDV-dən azad edilir

Azərbaycanda heyvan və quş yemlərinin satışı 4 il ƏDV-dən azad edilir

Aktual

26 Dekabr 2019, 12:04

Gələn il yanvarın 1-dən Azərbaycanda heyvan və quş yemlərinin satışı 4 il müddətində əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

 

Modern.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Resrublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

 

Qanuna əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu