Modern.az

Əli Həsənovun Qarabağın azərbaycanlı icmasının idarə heyətinin iclasında nə işi... - FOTO

Əli Həsənovun Qarabağın azərbaycanlı icmasının idarə heyətinin iclasında nə işi... - FOTO

29 Dekabr 2019, 11:17

Bir neçə gün öncə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin ilin yekunları ilə bağlı iclası keçirildi.

 

İclasda icmanın ötən bir il ərzində gördüyü işlər müzakirə olunub. İcma üzvləri arasında Baş Nazirin keçmiş müavini Əli Həsənovun da iştirakı diqqətdən yayınmadı.

 

Maraqlıdır, icmanın idarə heyətinin təşkil etdiyi iclasda Əli Həsənovun iştirakına səbəb nə idi?

 

Axı Əli Həsənov icmanın idarə heyətinin üzvü deyil...

 

Məsələ ilə bağlı Modern.az icmadan heç bir cavab ala bilməyib.

 

Qeyri-rəsmi məlumatlara görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənov bu işlərdə öz təcrübəsini bölüşmək üçün idarə heyətinin iclasına qatılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama