Modern.az

Məzahir Pənahovdan DSK-lara XƏBƏRDARLIQ

Məzahir Pənahovdan DSK-lara XƏBƏRDARLIQ

2 Yanvar 2020, 15:22

"Azərbaycanda bütün dairə seçki komissiyaları (DSK) parlament seçkilərində namizədliyini irəli sürmək istəyən hər bir vətəndaşın müraciətinə cavab verməlidir".

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

 

Onun sözlərinə görə, parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin DSK-lara təqdim edilməsi prosesi yanvarın 10-u saat 18:00-a kimi davam edəcək. Həmin tarixə qədər müraciət edən hər bir vətəndaşın müraciətinə baxılmalıdır.

 

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-na təyin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi