Modern.az

Finlandiyanın xanım Baş Nazirindən təklif: həftədə 4 gün, 6 saatlıq iş rejimi olsun

Finlandiyanın xanım Baş Nazirindən təklif: həftədə 4 gün, 6 saatlıq iş rejimi olsun

6 Yanvar 2020, 15:20

Finlandiyanın yeni Baş Naziri Sanna Marin ölkəsində həftədə 4 gün, 6 saatlıq iş rejiminə keçmək istədiklərini bildirib.

 

Modern.az xəbər verir ki, “ən gənc ikinci hökumət lideri” statusuna sahib olan Baş Nazir “iş həyatında hər kəs üçün bir sonrakı addım” kimi xarakterizə etdiyi sistemi həyata keçirmək üçün işə başlayıb.

 

Finlandiya vətəndaşlarının daha az işləməsinə icazə verilməsinin vacibliyini vurğulayan Sanna Marin “insanların ailələrinə, sevdiklərinə, hobbilərinə və mədəni həyatın digər istiqamətlərinə daha çox vaxt ayırmağa layiq olduqlarına inanıram” deyə, qeyd edib.

 

Qeyd edək ki, Sosial Demokratlar Partiyasının lideri nəqliyyat naziri olduğu dövrdə də daha qısa iş müddəti fikrini müdafiə edib.

 

Əfsanə ŞƏRİF

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı