Modern.az

Ağır yol qəzası: azı 14 ölü, 50 yaralı

Ağır yol qəzası: azı 14 ölü, 50 yaralı

6 Yanvar 2020, 19:15

Perunun cənubunda avtobusun iştirakı ilə baş verən yol qəzasında ən az 14 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Andina" agentliyi bildirib.

Qəza "Panamericana Sur" magistral avtomobil yolunda baş verib. Limadan Arekipaya (eyni adlı bölgənin mərkəzi) gedən avtobus idarəetməni itirərək 3 kiçik furqon ilə toqquşub.

Avtobusda 42 sərnişin olub. Ümumilikdə xəsarət alan 48 nəfər yerli xəstəxanalara çatdırılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et