İranın Buşehr əyalətində saat 05:50 radələrində 4.7 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, zəlzələ Tehran Universiteti Seysmoloji Mərkəzi, Buşehr əyalətindəki İranın nüvə stansiyası yaxınlığında baş verib. 4,7 bal gücündə olan təkanlar səhər saat 05:50-də hiss edilib.
Yerin 10 km dərinliyində qeydə alınan zəlzələ nəticəsində hələ ki, insan tələfatının olması və dəymiş ziyanla bağlı məlumat yoxdur.