Modern.az

Yelena Sidorenko imzalarını DSK-ya təqdim etdi

Yelena Sidorenko imzalarını DSK-ya təqdim etdi

9 Yanvar 2020, 13:23

“Həyatımda yeni tarix yazılır! Rəhmətlik atam 16 yaşım olanda ağır xəstə idi. Hər gün məktəbdən evə qaçıb, onun yeməyini verərdim, ordan da işə qaçardım. Evdə olanda isə universitetə hazırlaşırdım. Atamın bir xahişi var idi: Sidorenko soyadını tanıtdır, layiqli övlad olduğunu sübut et”.

 

Modern.az-ın məlumatına görə, bunu vaxtilə ANS və Xəzər televiziyalarında çalışmış, hazırda özəl şirkətlərin birində işləyən, parlament seçkilərində namizədliyini irəli sürən Yelena Sidorenko bildirib.

 

Y.Sidorenko atasının ilk xahişini yerinə yetirdiyini deyib:

 

“İndi də ikincisinin reallaşdırılması üzərində çalışıram. Növbədənkənar parlament seçkilərinə həyat yoldaşımın Eyvazlı soyadı ilə qatılıram, Allaha ümid edirəm ki, yolumu özü açacaq inşallah. İmzatoplama prosesində mənə dəstək verən hər kəsə təşəkkürümü bildirirəm. Məni irəliyə aparan yaxınlarımın və seçicilərimin duaları olacaq. Allah bütün duaları qəbul eləsin, inşallah Vətənizimə xeyirli övlad ola bilək”.

 

Qeyd edək ki, Yelena Sidorenko 73 saylı Lənkəran şəhər seçki dairəsindən namizədliyini irəli sürüb. O, dünən namizədliyinin qeydə alınması üçün imza vərəqlələrini DSK-ya təqdim edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular