Modern.az

İlin ilk ay tutulması

İlin ilk ay tutulması

Aktual

10 Yanvar 2020, 22:53

2020-ci ilin ilk Ay tutulması müşahidə olunur.

Modern.az  N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, bu, yarımkölgəli Ay tutulmasıdır. Saat 21:08-də başlayan tutulma hadisəsi  saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü