Modern.az

Onlar prezidentin tapşırığını alqışladılar: “Cəmiyyətin hər bir üzvü görməlidir ki...”

Onlar prezidentin tapşırığını alqışladılar: “Cəmiyyətin hər bir üzvü görməlidir ki...”

14 Yanvar 2020, 12:46

Ötən gün Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlərin tikilməli olduğunu bildirib. Müvafiq qurumlara bu barədə göstəriş verən prezident İlham Əliyev 2020-ci ildə 1500 mənzilin şəhid ailəsinə təqdim edilməli olduğunu deyib.

 

Prezidentin göstərişi ilə bağlı Modern.az-a danışan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova şəhid ailələrinə dəstək verilməsinin onların işlərinə də stimul olduğunu bildirib:

 

“Prezidentin bizə qarşı olan bu diqqəti daha çox təşəbbüs və təklif verməyimizə səbəb olur. Bu, eyni zamanda, QHT sektoru və bu istiqamətdə çalışan şəxslərin də işlərinin uğurla irəliləməsinə rəvac verir. Müharibə dövlətə sosial yük gətirir. Müharibə nəticəsində yaxınlarını itirmiş şəhid ailələrinə və sağlamlığını itirmiş qazilərə dövlət tərəfindən belə yüksək səviyyədə qayğının ildən-ilə artırılması, həmin şəxslərin məişət-mənzil şəraitinin yaxşılaşdırılması onlara olan sayğının nəticəsidir. Cəmiyyətin hər bir üzvü görməlidir ki, bizə qarşı dövlət tərəfindən yüksək səviyyədə qayğı var. Biz məhz bu yaxınlarda, yeni il öncəsi bu qayğını bir daha gördük. Belə ki, Aprel döyüşləri zamanı Lələtəpədə  şəhid olan Cabbarxan Hacıağayevin ailəsinə ev verildi. Doğurdan da onların yaşayış səviyyəsi çox aşağı idi. Bu cür addımların atılması cəmiyyət üçün verilmiş böyük bir mesajdır”. 

 

Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu şəhid ailələrinə, Qarabağ əlillərinə diqqət və qayğının son illər daha da gücləndirildiyini deyir:

 

“Əgər 2018-ci ildə şəhid ailələrinə və Qarabağ veteranlarına 300 avtomobil verilmişdisə, 2019-cu ildə bu rəqəm artaraq 600-dək çoxaldı. Eyni zamanda, əvvəl şəhid ailələrinə 100, 200 mənzil ayrılırdısa, 2019-cu ildə 900-a yaxın mənzil Qarabağ əlilləri və şəhid ailələrinə təqdim edildi. Yəni bu, birbaşa cənab prezidentin və vitse-prezidentin təşəbbüsü sayəsində baş verib. Onların hər zaman bizə diqqət və qayğı göstərdiyinin şahidi oluruq. Xatırladım ki, ötən il 24 dekabr prezident İlham Əliyev öz ad günündə belə bizi yaddan çıxartmadı. Belə ki, o Qarabağ əlillərinin və şəhid ailələrinin mənzil tikintisi üçün 20 milyon manatadək vəsait ayrılması ilə bağlı fərman verdi. Yəni prezidentin doğum günündə belə bizi yaddan çıxartamamağı özü böyük bir sevincdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama