Modern.az

Beynəlxalq agentliklərindən türkiyəli jurnalistlərin həbsinə ETİRAZ

Beynəlxalq agentliklərindən türkiyəli jurnalistlərin həbsinə ETİRAZ

16 Yanvar 2020, 10:30

Balkan və Cənub-Şərqi Avropa Xəbər Agentlikləri Birliyi Anadolu Agentliyinin (AA) Misirdə saxlanılan işçilərini dəstəkləyib.

 

Modern.az Andolu Agentliyinə istinadən xəbər verir ki, Misir polisinin agentliyin Qahirədəki ofisinə hücum etməsini Balkan və Cənub-Şərqi Avropa Xəbər Agentlikləri Birliyi “mətbuata basqı” kimi qiymətləndirib. Birlik heç bir izahat olmadan tutulan AA işçilərinin dərhal sərbəst buraxılmasının vurğulandığı açıqlamada, Misir rəsmilərini mətbuatın köklü qayda-qanunlarına əməl etməyə çağırıb.

 

Qeyd edək ki, AA eyni zamanda 1995-ci ildə regional xəbər agentlikləri arasında tam əməkdaşlığı təmin etmək və bölgədə sülh, dostluq və təhlükəsizlik mühitinin yaradılmasına töhfə vermək üçün yaradılan ABNA-SE-nin üzvləri arasındadır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama