Modern.az

15 yaşlı Gəncə sakini sükan arxasında öldü

15 yaşlı Gəncə sakini sükan arxasında öldü

Aktual

18 Yanvar 2020, 16:37

Gəncə şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata əsasən, yanvarın 17-də saat 14 radələrində Gəncənin Nizami rayonu ərazisində şəhər sakini, 15 yaşlı Ş.Hacıyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

 

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

 

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI