Modern.az

Bakıda gənci döyüb xəstəxanalıq etdilər

Bakıda gənci döyüb xəstəxanalıq etdilər

Aktual

18 Yanvar 2020, 22:17

Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nobel prospektində, "Günəş" marketin yaxınlığında qeydə alınıb.

1991-ci il təvəllüdlü Əliyev Ağacan İntiqam oğlu tanıdığı şəxslərlə mübahisə edib. Nəticədə o, döyülərək ağır xəsarət alıb.

Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması, üzün çoxsaylı kəsilmiş yarası diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok