Modern.az

Azərbaycanda ruhi xəstəni öldürüb kanala atdılar

Azərbaycanda ruhi xəstəni öldürüb kanala atdılar

22 Yanvar 2020, 12:43

Abşeronda meyiti kanalda tapılan ruhi xəstənin öldürüldüyü məlum olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a daxil olan məlumata əsasən, Abşeron Rayon Polis İdarəsinə (RPİ) Hökməli qəsəbəsində yaşayan ruhi xəstə Ceyhun Əhmədovun yanvarın 8-də evdən çıxaraq geri qayıtmaması barədə müraciət daxil olub.

 

Bildirilir ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

 

C.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin yanvarın 21-də Çaylı kəndinin ərazisindən keçən çayda tapılması faktı ilə əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

 

İstintaq və əməliyyat tədbirləri ilə C.Əhmədovun yanvarın 8-də saat 20 radələrində Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində “Ford Tranzit” markalı avtomobillə vurulduqdan sonra qeyd edilən nəqliyyat vasitəsində sürücü və sərnişini tərəfindən aparılması müəyyən edilib.

 

Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin sürücüsü, Xırdalan şəhər sakini H.Xudiyev və sərnişini, Bakı şəhər sakini S.Köçərili saxlanılıblar.

 

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi