Modern.az

Qaxda 17 yaşlı oğlan dəm qazından boğuldu

Qaxda 17 yaşlı oğlan dəm qazından boğuldu

23 Yanvar 2020, 21:28

Qaxda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb.

Modern.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaxbaş kənd sakini, Rövşən Kamran oğlu Qurbanov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. R.Qurbanov yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Meyit müayinə olunması üçün məhkəmə tibb ekspertizasına verilib.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi