Modern.az

Deputatlığa namizəd Mübariz İbrahimovun atasından xeyir-dua aldı - Biləsuvar və Cəlilabadda möhtəşəm görüşlər

Deputatlığa namizəd Mübariz İbrahimovun atasından xeyir-dua aldı - Biləsuvar və Cəlilabadda möhtəşəm görüşlər

1 Fevral 2020, 12:07

 

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim dayıdan xeyir-dua alan 69 saylı Cəlilabad-Biləsuvar-Masallı Seçki Dairəsindən deputatlığa namizəd Kazımov Səid Mirkazım oğlu Biləsuvar və Cəlilabadın kəndələrində möhtəşəm görüşlər keçirib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Səid Kazımov  Biləsuvar rayonunda  seçicilərlə görüşə başlamazdan öncə  bütün Türk dünyasının sevilən Milli Qəhrəmanı Mübabriz İbrahimovun doğulub boya-başa çatdığı evi ziyarət edərək, qəhrəmanın atası Ağakərim dayı ilə görüşüb.  Seçki kampaniyasında  deputatlığa namizəd S. Kazımova xeyir-dua verib, ona uğrular arzulayıb.

 

Bundan sonra Səid Kazımov Bilasuvarın Zəhmətabad kənd sakinləri, daha sonra  isə Cəlilabad rayonunun Ağdaş, Vənlik, Komanlı, Fətullaqışlağı, Soyuqbulaq, Axtaxana kəndlərində seçicilərlə möhtəşəm görüşlər keçirib.

 

Seçicilər tərəfindən çox mehribanlıq və səmimiyyətlə qarşılanan Səid Kazımov seçicilərin problemlərini, üzləşdikləri çətinliklərini dinləyib, onların həyat şəraiti ilə yaxından tanış olub. 

 

Görüşlərdə S.Kazımov seçkidə iştirakının məramını və seçkiöncəsi proqramını açıqlayıb.  Seçiciləri maraqlandıran sualları cavablandırıb. Seçicilər fevralın 9-da  ona səs verəcəklərini əminliklə bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular