Modern.az

Qazaxıstanlı qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər - FOTO

Qazaxıstanlı qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər - FOTO

Aktual

1 Fevral 2020, 17:33

Fevralın 1-də Qazaxıstanın Xalq Assambleyasının sədr müavini Janseit Tuymebayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.  Bu gün isə qazazxıstanlı qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər.

 

Modern.az xəbər verir ki, qonaqlar əvvəlcə Fondun binasında fəaliyyət göstərən və türkdilli xalqların mədəniyyətini, adət-ənənələrini əks etdirən muzeylə tanış oldular. Azərbaycanın  gənc muğam ifaçılarının ifasında “ Yol ver türkün bayrağına” və “Qarabağ şikəstəsi “ mahnılarını dinlədirlər. 

 

Qonaqları salamlayan  fondun prezidenti dedi ki, ağ çadır formasında tikilən bu bina bu gün qazaxıstandan gələnlərin evidir. Bütün türk dünyasının, sülhsevər xalqların evidir. Çünki burada Qazaxıstan bayrağı dalğalanırsa, qazax musiqisi səslənirsə, kitabları oxunursa,irsi təbliğ olunursa, bura sizin evinizidir. Qonaqlarımıza deyirəm ki: “Evinizə xoş gəlmisiniz”.

 

Daha sonra  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyəti, türk dünyasının zəngin mədəniyyəti, qədim tarixi, milli-mənəvi dəyərləri ilə bağlı həyata keçirdiyi layihələr haqqında məlumat verdi.  O, ötən ilin oktyabr ayında Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Fondun daimi istifadəsinə verilmiş yeni binasının təşkilata üzv və müşahidəçi ölkələrin Xarici İşlər nazirlərinin, eləcə də Türk Şurasının, TÜRKPA-nın, TÜRKSOY-un və Türk Akademiyasının rəhbərlərinin iştirakı ilə təntənəli açılış mərasimindən, VII Zirvə Görüşünə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində təşkil edilən silsilə tədbirlərdən danışdı. 

 

G.Əfəndiyeva təmsil etdiyi qurumun türk dünyasına məxsus irs və mədəniyyətin qorunması ilə bağlı əsas fəaliyyət istiqamətləri, eləcə də gələcək planları barədə də məlumat verdi. Bu il Qazaxıstanın bir sıra mühüm yubileylərinin, o cümlədən türk dünyasında Şərqin böyük filosofu Əl-Fərabinin anadan olmasının 1150, qazax şairi Abay Kunanbayevin 175 illiyinin qeyd etdildiyini  və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun da bu yubiley tədbirlərinə tövhəsi olacağını bildirdi.

 

Günay Əfəndiyeva eyni zamanda Fondun dəstəyi ilə Nəsiminin 650 illik yubileyi münasibəti ilə “Yuğ” teatrının hazırladığı tamaşanı Qazaxıstan teatrlarının səhnəsində göstərmək niyyəti olduğunu söylədi. Fondun niyyət və məramlarından danışan. G.Əfəndiyeva: “Bizim fondun  türkdilli təşkilatlar arasında xüsusi rolu var, bu fond xalqları daha da doğmalaşdırır və keçmişini xatırladır. Biz həm də öz ümumi mədəni irsimizi xarici ölkələrdə təqdim etmək üçün çalışırıq. Bizim mədəniyyətimiz və irsimiz dünyaya layiqincə çatdırırıq. İrsimizin yadlar tərəfindən  mənimcənilməsinə imkan verməmək üçün, həqiqəti dünyaya çatdırmalıyıq. Artıq Azərbaycanda br neçə təhsil ocağında “Türk irsi Mərkəzi”nin açıldığını vurğulayan fond prezidenti, üzv türkdilli dövlətlərin də ali təhsil ocaqlarında belə bir Mərkəzlərin açılmasını plalaşdırdığını da qonbaqaların diqqətinə çatdırdı.

 

Qazaxıstanın Xalq Assambleyasının sədr müavini Janseit Tuymebayev türkdilli dövlətlər və xalqlar arasında mövcud olan tarixi köklərdən, ortaq dəyərlərdən söhbət açdı. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsində fəaliyyətini yüksək qiymətləndirdi və Fondun prezidentini Qazaxıstana dəvət edərək, ölkəsinin Fondun fəaliyyətinə dəstək verməyə hazır olduğunu bildirib. Janseit Tuymebayev  “Fondun türk mədəniyyətinin təbliği istiqamətində görəcək işləri böyükdür. Bundan sonra da bu ocaqda türk dünyasının milli mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması üçün böyük işlərin görüləcəyinə inanıram”, – dedi. O eyni zamanda Qazaxıstanda yaşayan türkdilli xalqların və diger etnik xalqların öz mədəniyyətlərini və irslərini yaşatmaq və təbliğ etmək üçün ölkədə 40-dan artıq “Dostluq mərləzi”nin fəaliyyət göstərdiyini , 15 dildə 52 qəzet və jurnalin çap olunduğunu söylədi.

 

Sonda qonaqlar Fondun muzeyinə və kitabxanasına qiymətli kitablar, suvenirlər bağışlayıblar. Öz növbəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqlara xatirə hədiyyələri təqdim edib.

 

Görüşdə Azərbaycan Respublikasının Qazaxıstandakı Fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Məmmədov və Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov  iştirak edirdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular