Milli Məclisə keçiriləcək seçkilərdə 112 saylı Qax seçki dairəsindən namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir.
Modern.az xəbər verir ki, deputatlığa namizəd rayonun İlisu və Ağçay kəndlərində seçicilərlə görüş keçirib.
Görüş zamanı deputatlığa namizəd hər bir kənd sakininin problemlərini dinləyib və yenidən deputat seçiləcəyi təqdirdə aidiyyatı qurumlarla birgə məsələlərin həll edilməsinə yardımçı olacağına söz verib.
Eyni zamanda, Azər Kərimli Azərbaycanın ən qədim və qabaqcıl təhsil ocaqlarından biri, 130 yaşlı İlisu kənd orta məktəbinin kollektivi ilə ikə də maraqlı görüş keçirib.
Ağçay kəndinin ağsaqqalları, ziyalıları ilə bir araya gələn Azər Kərimli onlarla çox səmimi və görüş keçirib.
“Biz seçimimizi artıq etmişik. Səsimizi Azər Kərimliyə verəcəyik”-deyə seçicilər bildiriblər.