“Kriptovalyuta 21-ci əsrin nəğd puluna çevriləcək”.
Modern.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Almaniyanın “Deutsche Bank”nın proqnozlarını öz “Facebook” səhifəsində paylaşıb:
Dünya 2030-cu ildə: Deutsche Bankın proqnozu
- Qızıl təminatı olmayan valyutalar zəifləyəcək. 2030-cu ilə "alternativ valyuta"lara - qızıl və kriptovalyutaya - tələb artacaq. Kriptovalyuta 21-ci əsrin nəğd puluna çevriləcək;
- Uçan avtomobillər reallığa çevriləcək, kommersiya xarakterli pilotsuz uçan dronların bumu baş verəcək. ABŞ səmaya 6,5 milyon dron qaldıracaq və bu texnologiyanın dövlət tərəfindən dəstəklənməsinə zərurət yaranacaq;
- Süni intellektə əxlaq məsələləri üzrə köməkçilər tələb olunacaq. Süni intellektin tətbiqi fəlsəfə və lingvistika fakültələrinin məzunlarına tələbi artıracaq. Bunun əsas səbəbi süni intellektin etik qərarlar verməsində zəifliyidir;
- Nəsillərarası konflikt güclənəcək. Cəmiyyətin qocalması daha çox sosial ödənişlər vəd edənlərin dəstəklənməsilə nəticələnəcək;
- Yeni tipli həmkarlar ittifaqı güclənəcək. Rəqəmsal sahələrdə işləyən gənc işçilər həmkarlar ittifaqlarında birləşəcək və təşkilati məsələlərdə, səsvermədə, imzalar toplamaqda və şirkətlərin koordinasiyasında məhz rəqəmsal texnologiyalar istifadə ediləcək;
- Muzdlu işçilərin mövqelərinin tədricən qlobal güclənməsi baş verəcək. Çünki cəmiyyətin qocalmasına görə gənc peşəkar kadrların çatışmazlığı baş verəcək.