69 saylı Cəlilabad-Biləsuvar-Masallı Seçki Dairəsindən deputatlığa namizəd Kazımov Səid Mirkazım oğlu dairə seçki komissiyaysının Biləsuvar rayonun kəndələrində seçkiöncəsi kampaniyasını uğurla davam etdirməkdədir.
Modern.az xəbər verir ki, deputatlığa namizəd Səid Kazımov Bilasuvar rayonunun Xırmandallı və Əliabad kəndlərində eçicilərlərlə görüşüb.
Seçicilər onun çox böyük səmimiyyətlə qarşılayıb və onun seçkiöncəsi proqramını çox maraqla dinləyərək, ona dəstək verəcəklərini bəyan ediblər. S.Kazımov da eyni zamanda seçicilərin problemləri, üzləşdikləri çətinliklərlə, həyat şəraitləri ilə yaxından tanış olub. Bildirib ki, etimad göstərib millət vəkili seçəcəyiniz təqdirdə adı çəkilən problemlərin, o cümlədən insanların daha yaşaması ilə bağlı digər məsələləri həm Milli Məclis tribunasından, həm də hakimiyyətin müvafiq qurumları qarşısında qaldırmaqla həllinə nail olmağa çalışacağıq.
“Millət vəkili seçiləcəyim təqdirdə, deputatın səlahiyyətinə daxil olan məsələlər çərçivəsində fəal olacam və seçicilərlə daimi əlaqə saxlayıb onların problemləri ilə yaxından tanış olacağam. Seçkiöncəsi şüarımda da bəyan etdiyim kimi, “Bir olub, güc olacağıq!. Ona görə də üzləşdiyimiz problemlərin həlli və daha yaxşı yaşamaq üçün ilk növbədə Siz, hörmətli seçicilər etimad göstərməlisiniz. Etimad göstərin ki, biz də Sizlərə layiqincə xidmət edək”, - S.Kazımov bildirib.
Seçicilər fevralın 9-da ona səs verəcəklərini bildiriblər.
O da bildirib ki, göstərdiyiniz etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik.
Seçicilərlə görüşlərdə ona göstərdikləri böyük hörmət və ehtirama, vaxt ayırıb onunla görüşə gəldiyinə görə deputatlığa namizəd Səid Kazımov hər bir seçiciyə öz dərin minnətdarlığını və təşəkkürünü bildirib.