Modern.az

DİM işçi axtarır

DİM işçi axtarır

Aktual

6 Fevral 2020, 10:28

Xüsusi qabiliyyət tələb edən (musiqi sahəsinə aid) ixtisaslara qəbul imtahanları ilə əlaqədar cari işlərin həyata keçirilməsinə kömək məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) müqavilə əsasında işçi qəbulu elan edib.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, namizədlər musiqi sənəti istiqaməti üzrə aşağıdakı bilik və bacarıqlara malik olmalıdır:

 

- Musiqişünaslıq ixtisası üzrə magistr təhsili;

- Azərbaycan və rus dillərini bilmək;

- Mircrosoft Office proqramlarında orta səviyyədə işləməyi bacarmaq;

- Sibelius kompüter proqramında sərbəst işləməyi bacarmaq;

- Test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarının tərtibini təşkil etmək;

- Test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını təşkil etmək.

İşə götürülənin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

 

Maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2020-ci il fevralın 10-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu