Modern.az

Kanadada neft daşıyan qatar aşdı

Kanadada neft daşıyan qatar aşdı

7 Fevral 2020, 00:12

Kanadada neft daşıyan qatar relslərdən çıxıb və partlayıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, yaxınlıqdakı kəndin bütün sakinləri təxliyə edilib.



Hadisə yerli vaxtla 6:15-də ölkənin cənubunda Saskaçeven əyalətində baş verib. Məlumata görə 25-30 vaqon relslərdən çıxdıqdan sonra partlayış baş verib və nəticədə güclü yanğın olub.



Nəqliyyat Təhlükəsizliyi Agentliyi ölkənin şərqinə gedən qatarın Gernsi kəndindən 2 kilometr aralıqda relslərdən çıxdığını təsdiq edib.



Məlumatda bildirilir ki, 2019-cu ilin dekabrında eyni yerdə neft daşıyan qatarın aşması nəticəsində 1500 tondan çox neft etrafa dağılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et