Modern.az

Qubada ot tayalarından başlayan yanğın evlərə keçib

Qubada ot tayalarından başlayan yanğın evlərə keçib

7 Fevral 2020, 10:19

Qubanın Qarxun kəndində yanğın başlayıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, yanğın ot tayalarının alışması nəticəsində meydana gəlib, daha sonra alov yaxınlıqdakı evlərə keçib.

 

Quba Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda kənddə 5 ev yanır.

 

Yanğının söndürülməsi üçün əraziyə helikopterin cəlb olunması üçün Quba RİH-nin başçısı Ziyəddin Əliyev Fövqəladə Hallar Nazirliyinə müraciət edib.

 

Qeyd edək ki, ucqar dağ kəndi olan Qarxun rayon mərkəzində 75 km aralıda yerləşir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et