Modern.az

Xaçmazlıların seçimi Lalə Abbasovadır - Foto - Video

Xaçmazlıların seçimi Lalə Abbasovadır - Foto - Video

7 Fevral 2020, 10:41

55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizəd Lalə Abbasova seçicilərlə görüşlərini dünən də davam etdirib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Lalə Abbasova Xaçmazın Ustacəlili, Bəbəli, Gəncəli və Cığatay kəndlərində seçiciləri ilə bir araya gəlib.

 

Cığatay kəndində məskunlaşan Məxsəti türkləri bəzi problemlərini dilə gətiriblər.Onlar bələdiyyələrdən şikayət ediblər. Bəzi məmurların qeyri-etik davranışından danışıblar. Türk konsulluğu onlara arteziuan quyusunun qazılması üçün bələdiyyəyə müraciət etsə də, bələdiyyədən verilən cavab belə olub. “Bizim boş torpaqğımız yoxdur”.

 

Kənd sakinlərindən biri artezian quyusunun qazılması üçün öz bağında şərait yaratdığını da bildirib.

 

Kənd sakinləri Lalə Abbasova ilə görüş zamanı bunları deyiblər:

 

“Biz səsimizi Lalə xanıma verəcəyik. Ancaq bizi hədələyirlər. Hətta seçki günü seçkiyə getmək istəmirik. Bizi bezdiriblər. Zorla kiməsə səs verməyə çağırırlar. Bizə deyirlər ki, filankəsin razılığ verilib. O da seçiləcək”.

 

Deputatlığa namizəd Lalə Abbasova isə seçicilərini səbrli olmağa, gəzən şaiyələrə fikir verməməyə çağırıb. Demokratik seçkilərin keçiriləcəyinə inandıqlarını deyib.

Whatsapp
Bizə yazın!
Keçid et