Modern.az

Tovuzda bibisinin evindən oğurluq edən şəxs saxlanıldı - FOTO

Tovuzda bibisinin evindən oğurluq edən şəxs saxlanıldı - FOTO

7 Fevral 2020, 11:06

Fevralın 4-də Tovuz rayon Polis Şöbəsinə  müraciət edən rayonun Xatınlı kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının  və nağd pulun oğurlandığını bildirib.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə dərhal Tovuz RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın  evindən 11000 manat, 200 ABŞ dolları və ümumi dəyəri 7000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əli Rüstəmov saxlanılaraq maddi sübutlarla ilə birlikdə  istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et