Modern.az

Fərəc Quliyev MSK tərəfindən ona edilən xəbərdarlığa münasibət bildirdi - VİDEO

Fərəc Quliyev MSK tərəfindən ona edilən xəbərdarlığa münasibət bildirdi - VİDEO

7 Fevral 2020, 12:36

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Parlament seçkiləri ilə bağlı xalqa videomüraciət etdi.

 

Müraciətdə F.Quliyev sədri olduğu partiyanın seçki prosesində iştirakı və mövqeyi barədə, eyni zamanda özünün namizəd olduğu 31 saylı Suraxanı ikinci seçki dairəsində baş verən proseslər barədə açıqlamalar verib.

 

Təbliğat-təşviqat dönəmində fərqli davranış sərgiləyərək seçicilərə vəd deyil, yalnız hesabat verdiyini bildirən namizəd, rəqiblərinin onun əleyhinə apardığı əsassız qarayaxmalar, barəsində edilən şikayətlər və Mərkəzi Seçki Komissiyasının xəbərdarlıq qərarına da münasibət bildirib.

 

Modern.az F.Quliyevin həmin videomuraciətini təqdim edir:

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et