Modern.az

Bakıda neft quyularına basqın edən şəxslər saxlanıldı

Bakıda neft quyularına basqın edən şəxslər saxlanıldı

7 Fevral 2020, 13:45

Bakıda neft quyularının elektrik naqillərini oğurlayanlar tutuldu.

 

Modern.az DİN-ə istinadən xəbər verir ki, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində neft quyusunu elektrik enerjisi ilə təmin edən naqilin 10 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Orucov və S.Səfərov saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et