“7 səsi bizim ailədən alacaq!”
Tanınmış yazıçı- publisist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid seçkilərdə ailəlikcə Nigar Arpadaraiyə səs verəcəkləri barədə sosial şəbəkədə status paylaşıb:
“Ən yeni və simpatik namizəd Nigar xanım oldu. Bizim ailədən 7 səs alacaq. Təbriklər və uğurlar!”
Bununla bağlı Modern.az saytına açıqlamasında R.Məcid qeyd edib ki, ailəlikcə jurnalistlərin binasında qeydiyyatdadırlar: “Təbliğat prosesində onun səmimi görüşlərinə , yen, kreativ fikirlərinə şahid olduq. Ümumi rəyə gəldik ki, hamımız Nigar Arpadariyə səs verək”.
Qeyd edək ki, 29 saylı Səbail seçki dairəsindən namizəd olan Nigar Arpadarai “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri və “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının milli mətbuat katibidir.