Modern.az

Hacıqabul sakini odlu silahla saxlanıldı

Hacıqabul sakini odlu silahla saxlanıldı

7 Fevral 2020, 16:14

Hacıqabul rayonunda odlu silah saxlayan şəxs müəyyən edilib.

 

DİN Mətbuat xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Modern.az-a verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları  tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

 

Belə ki, rayon sakini İlqar Səttarov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Ona məxsus fermadan  1ədəd “İJ” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

 

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et