Modern.az

Daha bir nəfərin deputatlığa namizədliyi ləğv olundu

Daha bir nəfərin deputatlığa namizədliyi ləğv olundu

Aktual

7 Fevral 2020, 16:35

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 86 saylı İsmayıllı seçki dairəsindən daxil olan müraciətə baxılıb.

 

Modern.az-ın məlumatına görə, DSK-nın müraciətində deputatlığa namizəd Məzahir Şahvələdovun ikili vətəndaşlığa malik olduğu qeyd edilib.

 

Araşdırmalar nəticəsində müəyyən olunub ki, M.Şahvələdovun həm Azərbaycan, həm də Rusiya vətəndaşlığı var.

 

İclasda M.Şahvələdovun namizədliyinin ləğv edilməsi təklif edilib. Təklif səsə qoyularaq qəbul edilib.

 

Qeyd edək ki, fevralın 5-də Mərkəzi Seçki Komissiyası 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi