Modern.az

Ceyhun Məmmədov Cəbrayıllı məcburi köçkünlərlə görüşüb - FOTOLAR

Ceyhun Məmmədov Cəbrayıllı məcburi köçkünlərlə görüşüb - FOTOLAR

7 Fevral 2020, 16:43

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi Ceyhun Məmmədov Şabranda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə görüşüb.

 

Modern.az xəbər verir ki, 9 fevral Parlamentə keçiriləcək növbədənkənar seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində fevralın 7-də 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov Şabranda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə görüşüb.

 

Görüşdə YAP Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyev, Rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Quliyev, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə iştirak edib.

 

Tədbirdə çıxış edən YAP Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının ölkənin ictimai- siyasi həyatındakı uğurları barədə məlumat verərək, partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu qeyd edib. Arif Fərzəliyev YAP-ın bu seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə qatıldığını bildirib.

 

A.Fərzəliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yola nəzər salaraq, xalqa, vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyasının, Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafana öz töhfələrini verdiyini diqqətə çatdırıb. 

 

Daha sonra Ceyhun Məmmədov Yeni Azərbaycan Partiyasının qurucusu ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradıldığını, dərin islahatlar həyata keçirildiyini, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməllərinin qoyulduğunu, insan hüquq və azadlıqlarının təmin olunduğunu vurğulayıb. Bildirib ki, bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və özünün yeni bəhrələrini verir.

 

Ceyhun Məmmədov seçicilərlə görüş zamanı seçki platforması haqqında da geniş məlumat verərək, qanunvericilik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, təhsil, idman, səyhiyyə, milli-mənəvi dəyərlərin qorunması, gənclərə qayğı və əhalinin məşğullu istiqamətində görəcəyi işlər barədə danışıb. 

 

Ceyhun Məmmədov daha sonra vurğulayıb ki, ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. 

 

Daha sonra Cəbrayıl Rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Quliyev, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Ceyhun Məmmədov haqqında ümumi məlumat verərək, onun fəaliyyətini yüksək qiymətləndiriblər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et