Modern.az

Novruz Aslanovun təşviqat kampaniyası sona çatdı - FOTOLAR

Novruz Aslanovun təşviqat kampaniyası sona çatdı - FOTOLAR

7 Fevral 2020, 16:57

86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Novruz Aslanovun seçki qabağı təşviqat kampaniyası fevralın 7-də sona çatıb.

 

Məlumat üçün bildirək ki, Novruz Aslanovun təşviqat kampaniyası 20 gün ərzində ucqar dağ kəndləri də daxil olmaqla 62 kəndi əhatə edib. Ümumilikdə, 8000 (səkkiz min) seçici ilə görüşü olub. Eyni zamanda İsmayıllı şəhərində əksər əraziləri, məhəllələri əhatə edən seçicilər ilə 20-ə yaxın görüşü baş tutub.

 

Novruz Aslanovun seçki qərargahı İsmayıllı rayonunun seçicilərinə səmimi mühitdə keçirilən təşviqat kampaniyasında yaxından iştirak etdiklərinə görə öz təşəkkürünü bildirir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et