Bakıda metronun "Nərimanov" stansiyasında özünü qatarın altına atan şəxsin kimliyi məlum olub.
Modern.az APA-ya istinadən xəbər verir ki, həmin şəxs 1988-ci il təvəllüdlü Şükürov Tural Sahib oğludur.
O, 1 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.
***
Bu gün axşam 20:43-də metronun "Nəriman Nərimanov" stansiyasında həyəcanlı anlar yaşanıb. Belə ki, stansiyada intihara cəhd olub.
Bu barədə Modern.az-a məlumat verən "Bakı Metropoliteni"QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, maşinist sərnişinin özünü qatar yoluna atmasını görərək, dərhal hərəkəti dayandırıb:
"Gərginlik verilişi kəsilib. Vətəndaş qatar yolundan çıxarılaraq, polisə təhvil verilib. Vəziyyəti normaldır".
Onun sözlərinə görə, bu səbəbdən qatarlararası intervalda 10 dəqiqəyədək gecikmə qeydə alınıb.