Quba-Qusar yolunda baş verən qəzada turistlər yaralanıb.
Modern.az xəbər verir ki, içərisində ərəb turistlərin olduğu “Mersedes Vita” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.