Modern.az

“Sən də qalın geyin, gəl layiq bildiyin namizədə səs ver!” - Tanınmışlar belə səs verdilər

“Sən də qalın geyin, gəl layiq bildiyin namizədə səs ver!” - Tanınmışlar belə səs verdilər

9 Fevral 2020, 18:56

Bu gün keçirilən parlament seçkilərində demək olar ki, əhalinin bütün təbəqələri, nüxtəlif vəzifəli şəxslər iştirak edir. Səs verənlər arasında jurnalistlər, hüquq-mühafizə orqanlarının işçiləri, məmurlar, partiya üzvləri, 5-ci çağırış deputatları da var.

 

Modern.az səsvermədə iştirak edən namizəd və ictimaiyyətin tanınmış nümayəndələrini təqdim edir:

 

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubov parlament seçkilərində səsvermədə iştirak edib.

 

Müsavat Partiyasından deputatlığa namizəd, eks-spiker İsa Qəmbər və həyat yoldaşı Aida Qəmbər də səsvermə prosesində iştirak edib. İsa Qəmbər “Qəhrəman Seçici, Səninləyəm! Mən qeydiyyatda olduğum dairənin məntəqəsində səs verdim. Sən də qalın geyin, gəl layiq bildiyin namizədə səs ver!” - deyə çağırış edib.

 

 

Beşinci çağırış Milli Məclis sədrinin müavini Bahar Muradova da həyat yoladşı ilə birgə seçki məntəqəsinə gedərək səs verib.

 

"Bu dəfə də vətəndaş borcumuzu yerinə yetirdik", - deyə B.Muradova feysbukda yazıb. 

 

 

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, beşinci çağırış Milli Məclisin deputatı Qüdrət Həsənquliyev də səs verib. O, 29 saylı Səbail seçki dairəsinin 28 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

 

 

102 saylı Samux-Şəmkir dairəsindən namizəd, “Həftə içi” qəzetinin əməkdaşı Tural Turan səhər saatlarında səs verənlər arasındadır. 

“Səsimizi verdik. Vətənə, millətə xeyirli olsun, inşAllah! İlk yarım saatda 102 saylı dairənin 48 saylı məntəqəsində 28 nəfər səs verib” - deyən namizəd səs verərkən öz şəklini feysbuk hesabında paylaşıb.

 

 

45 saylı Abşeron seçki dairəsindən namizəd, jurnalist Ceyhun Musaoğlu  “Mən əlanı seçdim!” başlığı ilə səs verdiyi məntəqədən öz fotosunu paylaşıb.

 

Səsvermə hüququndan istifadə edənlər arasında beşinci çağırış Milli Məclisin deputatı və Qusardan üçüncü dəfə deputatlığa namizəd Azər Badamov da var.  A.Badamov “Biz “Daha güclü Azərbaycan naminə” səsimizi verdik. Xalqımız, ölkəmiz üçün uğurlu olsun!”, - yazıb.

 

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 42 saylı Sumqayıt II Seçki Dairəsininin 12 saylı seçki məntəqəsində səs verib.

 

86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd, jurnalist Yusif Məhəmmədoğlu da səsvermə prosesində iştirak edib.

 

“Mən həm də seçiciyəm. Dövlətimiz, millətimiz və İsmayıllımız üçün xeyirli olsun!” - başlıqlı şəklini öz feysbuk hesabında paylaşıb.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama