Modern.az

Sabirabaddan qalib namizəd Kamal Cəfərov: “Fəal olmağa çalışacam, nümunə olacam”

Sabirabaddan qalib namizəd Kamal Cəfərov: “Fəal olmağa çalışacam, nümunə olacam”

10 Fevral 2020, 11:20

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri başa çatdı.

 

Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrə əsasən səs çoxluğu ilə seçkilərdə qalib gələn namizədlərin adları bəllidir.

 

Yeni Azərbaycan Partiyası tərəfindən 63 saylı Sabirabad I seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamal Cəfərov fevralın 9-da keçirilmiş növbədənkənar seçkilərdə 52.8% səslə rəqiblərini geridə qoyub.

 

YAP tərəfindən namizədliyi irəli sürülmüş Kamal Cəfərov ilk açıqlamasını Modern.az-a verib.

 

O bildirib ki, hər zaman seçicilərinin yanında olacaq:

 

“Seçicilərimizə inanaraq bu yola çıxmışıq. Eyni zamanda, hər bir seçici bizə inanaraq səsini verib. Təbii ki, gənc namizəddən seçicilərin gözləntiləri var. Bundan sonrası isə onların güvənini qoruyub saxlamaqdır. Hər bir seçicimə söz vermişəm ki, hər zaman yanınızda olacam”.

 

Kamal Cəfərov pozitiv görünməsindən də danışıb:

 

“Həmişə belə olmuşam, hər zaman da belə olacam. Məni yaxından tanıyanlar bilir ki, pozitiv insanam. Hazırda Sabirabad rayonundayam. Mənə səs verən seçicilərim qərargaha gələrək məni təbrik edirlər. Hətta rəqiblərim də məni təbrik edir. Rəqiblərin biri-birini təbrik etməsi  özü də siyasi mədəniyyətdir”.

 

Kamal Cəfərov onu da qeyd edib ki, Milli Məclisdə fəal deputatlardan olacaq:

 

“Milli Məclisdə fəal olmağa çalışacam. Hər zaman öz iş prisipimlə, fəaliyyətimlə, seçildiyim rayona bağlılığımla nümunə olacam”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et