Modern.az

Gülər Əhmədovanın oğlu saxlanıldı - FOTO

Gülər Əhmədovanın oğlu saxlanıldı - FOTO

12 Fevral 2020, 16:55

 

Sabiq deputat Gülər Əhmədovanın oğlu saxlanılıb.

 

Hüquq-mühafizə orqanlarından Modern.az-a verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

 

Hüquq-mühafizə orqanları əməkdaşları daxil olan məlumat əsasında keçirdiyi əməliyyat nəticəsində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədovun idarə etdiyi BMW markalı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı saxlanc yerindən 1 ədəd tapança, güllə ilə dolu daraq aşkar edilərək götürülüb.

 

Faktla bağlı cinayət işi qaldırılıb.

 

Xatırladaq ki, saxlanılan T.Əhmədov sabiq deputat, əvvəllər məhkumluq həyatı yaşayan Gülər Əhmədovanın oğludur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et