Modern.az

Bakıda dəhşətli qəza ölümlə nəticələndi

Bakıda dəhşətli qəza ölümlə nəticələndi

17 Fevral 2020, 21:49

Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Nəsimi rayonunun A.Mustafayev küçəsində yolu keçən Balakən rayon sakini Əlixan Bayramov Qusar rayon sakini Ş.Həsənovun idarə etdiyi “Şevrolet” markalı avtomobillə vurulub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu