Modern.az

MSK daha bir dairədə məntəqənin nəticələrini ləğv etdi

MSK daha bir dairədə məntəqənin nəticələrini ləğv etdi

20 Fevral 2020, 19:46

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 8 saylı Binəqədi birinci seçki dairəsindən qeydə alınan namizəd Ağasif İbrahimovun müraciətinə baxılıb.

 

Modern.az xəbər verir ki, müraciət barədə MSK üzvü Validə Kazımova məlumat verib. O qeyd edib ki, iddiaçı həmin dairədə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib:

 

“Araşdırma zamanı 24 saylı seçki məntəqəsində qanun pozuntuları aşkarlanıb. Təklif edirəm həmin məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.

 

MSK-nın ekspert qrupunun rəyi əsasında həmin dairənin 24 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib.

 

Beləliklə, namizədin muraciəti qismən təmin edilib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu