Modern.az

Avtomobili tapılan qadın oğrudan şikayət etmədi

Avtomobili tapılan qadın oğrudan şikayət etmədi

21 Fevral 2020, 14:12

Sosial şəbəkələrdə yayılan məlumat üzrə Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsində müvafiq araşdırmalar aparılıb, avtomobil tərəfimizdən aşkarlanıb.

 

Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən Modern.az-a verilən məlumatda deyilir.

 

Bildirilir ki, həmin şəxslər müəyyən olunaraq Yasamal RPİ 29-cu Polis Şöbəsinə dəvət olunaraq izahatları alınıb. Tərəflər aralarında yaranan mübahisənin şəxsi məsələ olduğunu vurğulayaraq, şikayətləri olmadığını bildiriblər.

 

Faktla bağlı Yasamal RPİ 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

 

Xatırladaq ki, Bakıda naməlum şəxsin qadın və azyaşlıya zor tətbiq etməsi barədə sosial şəbəkədə məlumat yayılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et