Modern.az

Yasamalda namizəd 28 məntəqədə nəticələrin ləğvini tələb edib

Yasamalda namizəd 28 məntəqədə nəticələrin ləğvini tələb edib

22 Fevral 2020, 18:49

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 17 saylı Yasamal üçüncü seçki dairəsindən ünvanlanan müraciətlərə baxılıb.

 


Modern.az xəbər verir ki, müraciət haqqında məlumatı MSK üzvü Baxşeyiş Əsgərov səsləndirib.

 

O, qeyd edib ki, həmin dairədən qeydə alınmış namizəd Əli Əliyev qanun pozuntularının olduğunu iddia edərək 1-dən 28-dək bütün seçki məntəqələrində nəticələrin ləğvini tələb edib.


Şikayətçinin iddiaları əsassız hesab olunduğundan MSK-nın ekspert qrupunun rəyi ilə təmin edilməyib.

 


Qeyd edək ki, həmin dairədən lider namizəd Elnur Allahverdiyevdir

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi