Modern.az

14 türk Ankaraya aparıldı

14 türk Ankaraya aparıldı

Aktual

25 Fevral 2020, 21:07

İranda aşkarlanan koronavirus səbəbi ilə ölkələrinə qayıtmaq istəyən Türkiyə vətəndaşları Ankaraya aparılıb.

Modern.az  xəbər verir ki, bu barədə “Yeni Akit” məlumat yayıb.

Ölkəyə gətirilən 14 nəfər 2 həftə boyunca karantində saxlanılacaq. Onlar üçün xüsusi xəstəxana ayrılıb.

Qeyd edək ki, İranda bundan öncə koronavirusdan ölənlərin sayının 16-ya çatdığı bildirilmişdi.

İran parlamentinin Qumdan olan deputatı Əhməd Əmirabadi isə son iki həftə ərzində Qumda koronavirusdan 50 nəfərin öldüyünü iddia etmişdi.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI