Nəqliyyat sahəsi üzrə tanınmış hüquqşünas Ərşad Hüseynov koronavirusla bağlı sürücülərə tövsiyələr verib.
Modern.az-ın məlumatına görə, Ə.Hüseynov aşağıdakı tövsiyələrini bölüşüb:
1. Avtomobilinizin sükanı və ötürmələr qutusunun dəstəyi istənilən zamanda ən əlverişli mikrob yuvasıdır. Onları tibbi spirt və ya həkimlərin məsləhət gördüyü başqa dezinfeksiya vasitələri ilə tez-tez dezinfeksiya edin.
2. Qapı dəstəklərini, eləcə də özünüzün və sərnişinin adət üzrə əllə çox toxunduğu yerləri (qapılardakı və tavanın kənarlarındakı əl tutacaqlarını və s.) də tez-tez dezinfeksiya edin.
3. Avtomobilinizdə sağlamlığına əmin olmadığınız sərnişin olduqda onun düşməsindən sonra bütün şüşələri endirməklə, imkan olduqda hətta qapıları açmaqla salon havasını dəyişin, onun toxunduğu yerləri imkan daxilində dezinfeksiya edin.
4. Barmaqlarınızla ağzınıza, burnunuza və gözlərinizə toxunmayın (tıxacda dayanan bəzi sürücülər burnunu eşmək vərdişinə son qoysalar, yaxşı olar)
5. Avtomobilinzdə hər ehtimala tibbi maska saxlamağa çalışın.
Həkimlərin tövsiyə etdiyi ümumi gigiyena qaydalarına da ciddi riyət edin.
Ən başlıcası isə heç bir xəstəlik və ya virusdan qorxmayın. Sadəcə diqqətli olun. Belə hallar üçün əsas prinsip “Özünü qoru!” prinsipidir. Bu prinsipə riayət edərək həm də yaxınlarınızı qoruyacaqsınız.