Modern.az

Azərbaycan Gimnastika Federasiyası dünya birinci oldu

Azərbaycan Gimnastika Federasiyası dünya birinci oldu

Aktual

2 Mart 2020, 16:54

Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan Federasiyalar" siyahısında yenidən birinci yerə layiq görülüb. 

 

Modern.az-aın məlumatına görə, 2019-cu ilin nəticələrinə əsasən AGF bir daha digər federasiyalardan fərqlənərək birinciliyi əldən verməyib.

 

Ötən il federasiya tərəfindən gimnastikanın 3 növü üzrə Dünya Kuboku, bədii gimnastika üzrə Dünya Çempionatı, FIG Akademiyasının kişi idman, batut və aerobika gimnastikası üzrə məşqçilik kursları, beynəlxalq yarışlar və digər tədbirlərin yüksək səviyyədə təşkili, həmçinin FIG-nin tanıdığı gimnastikanın 7 yarış növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı FIG tərəfindən bu dəfə də yüksək dəyərləndirilib.

 

Özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2002-ci ildən rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, 2017 və 2018-ci illərdə isə ilk pillədə qərarlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!