Modern.az

Qobustanda zəhərlənən 5 nəfərdən biri xəstəxanada öldü

Qobustanda zəhərlənən 5 nəfərdən biri xəstəxanada öldü

3 Mart 2020, 12:59

Qobustan rayonunda siçan dərmanından zəhərlənən şəxslərdən biri xəstəxanada ölüb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Modern.az-a bildirib ki, hadisə nəticəsində zəhərlənən Şıxəliyeva Gülminə Gülbaba qızı qanda olan dəyişiklikdən beyin qansızması keçirib və dünyasını dəyişib:

 

"Zəhərlənən uşaqlardan biri hazırda əməliyyatdadır. Qalan 3 nəfərin isə vəziyyəti stabildir".

 

Xatırladaq ki, Qobustan rayonunda bir ailənin 5 üzvü - Elnur Şıxəliyev, Gülçiçək Şıxəliyeva, Məhəmməd Şıxəliyev, Könül Şıxəliyeva və Gülminə Şıxəliyeva siçan dərmanından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Twitter
Sizə yeni tvit var
Keçid et