Modern.az

Mingəçevirdə yataqxananın tavanı çökdü

Mingəçevirdə yataqxananın tavanı çökdü

3 Mart 2020, 17:19

Mingəçevir şəhərində yataqxanada uçqun hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti 821 ünvanında yerləşən beşmərtəbəli yataqxanada qeydə alınıb. Yataqxana binasının tavanı uçub.

Mingəçevir şəhər İcra Hakimiyyətindən faktı təsdiqləyiblər.

 

İcra Hakimiyyətindən Trend-ə bildirib ki, adıçəkilən yataqxananın tavanının təxminən bir kvadratmetrlik hissəsi qopub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Problemin aradan qaldırılması üçün işlər aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi