Modern.az

Koronavirusa  daha 6 yoluxma qeydə alındı

Koronavirusa  daha 6 yoluxma qeydə alındı

6 Mart 2020, 21:26

Rusiyada ötən gün koronavirusa (COVİD-19) 6 yoluxma halı qeydə alınıb.

Modern.az Azərtac-a istinadən xəbər verir ki, Rusiyada Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq Qərargahının məlumatına görə, Nijni Novqorodda bir nəfərdə, Moskvada isə 5 nəfərdə COVİD-19 aşkarlanıb.

Virusa yoluxanların hamısı İtaliyadan gəliblər və hazırda karantində saxlanılırlar. Virus aşkar edilən şəxslərlə ünsiyyətdə olanların hamısı nəzarətə götürülüb.

Bu günə kimi Rusiyada koronavirusa 10 yoluxma halı təsdiqlənib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et