Modern.az

55 mindən çox şəxsə e-qaydada pensiya təyinatı aparılıb

55 mindən çox şəxsə e-qaydada pensiya təyinatı aparılıb

Aktual

11 Mart 2020, 10:05

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat növləri üzrə yaradılmış elektron təyinat sistemləri vasitəsilə 55500 şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb.

 

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, onlardan 18700-ü yaşa və əlilliyə görə pensiya, qalanları  müavinət və təqaüd təyinatlarıdır.

 

"Sosial təminat növləri üzrə təyinatların avtomatlaşdırılmış şəkildə həyata keçirilməsi vətəndaşların sosial təminat hüquqlarının hansısa quruma müraciət etmədən və sənəd təqdim olunmadan, elektron şəkildə reallaşdırılmasına imkan verib. 

Ümumilikdə 2019-cu ildə 21 sosial təminat növünün təyinatı elektronlaşdırılıb, bu isə illik 200 minədək təyinatın e-qaydada, proaktiv şəkildə həyata keçirilməsi deməkdir", - deyə rəsmi məlumatda bildirilir.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU