Modern.az

Fransada koronavirus TƏHLÜKƏSİ: “10 min azərbaycanlı bizimlə əlaqə saxlayır”

Fransada koronavirus TƏHLÜKƏSİ: “10 min azərbaycanlı bizimlə əlaqə saxlayır”

Aktual

11 Mart 2020, 18:04

“Fransada koronavirusa yoluxanlar arasında azərbaycanlı yoxdur”.

 

Modern.az xəbər verir ki, Fransada Azərbaycanlıların Koordinasiya Şurasının üzvü Toğrul Zeynalov bu barədə açıqlama verib. O, hazırda virusla bağlı vəziyyətin nəzarətdən çıxmadığını əlavə edib.

 

O, Fransada 70 min azərbaycanlının yaşadığını bildirərək, hələ ki, təxliyyə məsələsinin real olmadığını deyib:

“Fransada təxminən 70 min azərbaycanlı yaşayır. 10 minə yaxın azərbaycanlı bizimlə fəal olaraq əlaqə saxlayır. Fransada artıq 35-ə yaxın insan koronavirus səbəbi ilə dünyasını dəyişib, 1500 insan xəstəliyə yoluxub. Xəstəliyə yoluxanların arasında azərbaycanlı yoxdur. Düzdür, kütləvi olaraq məktəblərdə tədris dayandırılmayıb amma çox güman ki, bu həftə ərzində department məktəblərlə bağlı qərar alacaq. Azərbaycanlıların ölkədən təxliyyə olunması ilə bağlı isə hələ ki, qərar alınmayıb. Virus kütləviləşmədiyi üçün diasporluğa təxliyyə məsələsi ilə bağlı vətəndaşlarımız tərəfindən müraciət daxil olmayıb”.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama