Modern.az

İranda bir gündə 100-dən çox insan koronavirusdan öldü

İranda bir gündə 100-dən çox insan koronavirusdan öldü

15 Mart 2020, 16:26

Sutka ərzində İranda 100 nəfərdən çox insan koronavirusdan ölüb.

 

Modern.az xəbər verir ki, bunu İran Səhiyyə nazirinin müşaviri Əlirza Vahabzadə deyib.

 

“Dünən günün ikinci yarısından sonra 1209 koronavirusa yoluxma halı qeydə alınıb. Virusa yoluxanların sayı 13.938-ə çatıb. İndiyə olan məlumata görə, 4590 nəfər sağalıb. Ötən sutka 113 nəfər ölüb və bununla da ölənlərin sayı 724 olub”, - Vahabzadə bildirib.

 

Məlumatı İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur da yerli telekanala açıqlamasında təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?