Modern.az

Bakıda ər arvadını vəhşicəsinə döydü

Bakıda ər arvadını vəhşicəsinə döydü

16 Mart 2020, 09:00

Bakıda döyülmə hadisəsi baş verib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

 

Buzovna qəsəbəsi, “Albalılıq” adlanan ərazidə ailə münaqişəsi zəminində 1982-ci il təvəllüdlü Allahverdiyeva Sahibə Vaqif qızı həyat yoldaşı, 1982-ci il təvəllüdlü Mirzəyev Şərif Hüseynxan oğlu tərəfindən döyülüb. S.Allahverdiyeva hadisə zamanı baş və üz nahiyələrindən xəsarətlər alıb. Yaralı təcili yardımın koməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU